Ruslar təcrübəsiz çağırışçıları Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşə atırlar.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Forbes” nəşri məlumat yayıb.
Nəşrə görə, qısa və kiçik bir hücum kimi görünən bu addım tez bir zamanda ruslar üçün daha təhlükəli bir fenomenə çevrilib.
“Bundan sonra Ukrayna zirehli texnikası sürətlə Novıy Put kəndini keçib bir neçə kilometr irəliləyərək ən yaxın Veseloe kəndinə doğru irəliləyib. Ukrayna Silahlı Qüvvələri qəsəbənin cənub kənarına çatıb və praktiki olaraq ərazini nəzarəti ələ keçirib. Sözügedən proses isə şənbə günündən gec olmayaraq baş verdi”, – deyə nəşr yazır.
Qəzet qeyd edib ki, Veseloe ətrafındakı Rusiya qarnizonuna çoxlu sayda zəif təlim keçmiş gənc çağırışçılar daxildir ki, onlar Kremlin siyasətinə görə hərbi əməliyyatlarda iştirak etməməlidirlər.
“Çox güman ki, Ukrayna Silahlı Qüvvələrinin bu sahədə sürətlə irəliləməsinə məhz təcrübəsiz və zəif təlim keçmiş çağırışçıların cəlb olunması səbəb olub. Avqust ayından başlayaraq Kurskda Ukraynanın əsas zərbəsinə qarşı ilkin müdafiə üçün Rusiyanın şimal qoşun qruplaşmasının çağırışçılara ciddi etibar etməsi ukraynalıların bu ox boyunca bu qədər sürətlə irəliləməsinin səbəblərindən biridir. Ruslar üçün digər bir məyusedici əlamət isə ondan ibarətdir ki, onların Veseloedəki müdafiə səyləri həm də yeniyetmə və 20 yaşlarının əvvəllərində hazırlıqsız gənclərdən asılıdır”, – deyə qeyd edilib.
Bildirilir ki, əgər ruslar Ukraynanın keçən həftə Veseloeyə hücumuna keçən ay Kursk vilayətinə hücumdakı kimi reaksiya versələr, nəticədə Ukraynanın irəliləməsini dayandırmaq üçün daha yaxşı təlim keçmiş hava-desant qüvvələrini əraziyə yerləşdirə bilərlər.
Rafi Müslümov
www.yenicag.az