“Formula 1” üzrə Azərbaycan Qran-prisi bu tarixdə keçiriləcək

media-hightechnic-468x90

2023-cü ildə keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin tarixi dəqiqləşib.

Yenicag.az Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadən xəbər verir ki, yarış yeni mövsümün ilkin təqvimində planlaşdırıldığı kimi 28 – 30 apreldə baş tutacaq.

Daha əvvəl 2018-ci və 2019-cu il Qran-priləri həmin tarixə təsadüf edib. Azərbaycanda 2017-ci ildən təşkil olunan yarışın digər mərhələləri isə iyunda keçirilib.

Qeyd edək ki, Bakı trasındakı son Qran-pri bu il 10 – 12 iyunda gerçəkləşib. Yarışın qalibi “Red Bull”dan Maks Ferstappen olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa