!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Formula-2: Bu komanda Bakıda liderliyi ələ aldı

!Reklam – Yazi
Formula-2 yarışlarının Bakı mərhələsindən sonra pilotların sıralamasında dəyişiklik olmayıb.

Ötən üç yarışın nəticəsinə görə, “UNI-Virtuosi” komandasının pilotu Quan Çjou 78 xalla liderliyini davam etdirir. “Prema Racing”in üzvü Oskar Piastri 73 xalla ikinci, Robert Şvartsman (“SMP Racing”) isə 66 xalla üçüncü pillədə qərarlaşıblar.

Bakı yarışlarının nəticəsi komandaların sıralamasında özünü göstərib. Belə ki, “Prema Racing” komandası 139 xalla birinci pilləyə yüksəlib. “UNI-Virtuosi” 119 xalla ikinci, “Hitech Grand Prix” isə 113 xalla üçüncüdür.

Formula-2 yarışlarının dördüncü mərhələsi – Böyük Britaniyada iyulun 16-18-də təşkil olunacaq. Səkkiz mərhələdən ibarət yarışa dekabrın 10-12-də Əbu-Dabidə yekun vurulacaq.

***

Bakıda keçirilən Formula 1 Qran-Prisinin qalibi bəlli olub.

“Red Bull” komandasının üzvü Serxio Perez finişə hamıdan əvvəl çatıb.

Favoritlərdən Maks Verstappen yarışı yarımçıq dayandırıb, Luis Hemilton 16-cı olub.

2-ci pilləni “Aston Martin”in üzvü Sebastian Vettel, 3-cü pilləni “Alpha Tauri”dən Pyer Qasli tutub.

***

Azərbaycan Qran-prisində növbəti mükafatlandırma mərasimi təşkil olunub.

“Formula-2” üzrə üçüncü dəfə qaliblər mükafatlandırılıb.

Bu gün keçirilən sonuncu yarışı zirvədə tamamlayan Juri Vips (“Hitech Grand Prix”) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Müvafiq olaraq 2-3-cü yerləri tutan “Prema” komandasının pilotları Oskar Pyastri və Robert Şvatzman, həmçinin 4-cü olan Felipe Druqoviç (“Uni-Virtuosi”) də kubokla mükafatlandırılıb.

Qeyd edək ki, Juri Vips dünən keçirilən ikinci sprint yarışının da qalibi olub.

***

Bakıda Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula-2” üzrə yürüşlər yekunlaşıb.

Bu gün keçirilən yarış Juri Vipsin qələbəsi ilə başa çatıb.

11 komandanın pilotları 28 dövrə vuraraq, qalibi müəyyənləşdiriblər. “Hitech Grand Prix”in üzvü rəqiblərini qabaqlayaraq, finişə birinci çatıb. Oskar Pyastri (“Prema”) ikinci, onun komanda yoldaşı Robert Şvartzman üçüncü yeri tutub.

Qeyd edək ki, dünən “Formula-2” üzrə iki sprint yarışı keçirilib. Robert Şvartzman (“Prema”) birinci, Juri Vips (“Hitech Grand Prix”) isə ikinci yarışın qalibi olub.

***

“Formula 2” üzrə Azərbaycan Qran-prisinin son – əsas yarışı start götürüb.

Yenicag.az xəbər verir ki, təxminən bir saatdan sonra qalib bəlli olacaq.

Saat 14:10-da “Formula 1″də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da “Formula 1″də əsas yarış starta veriləcək və yekunda qalib müəyyənləşəcək.

www.yenicag.az

839
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv