“Forum dezinformasiya ilə birgə mübarizə baxımından mühümdür” – Gürcüstanlı jurnalist - VİDEO

media-hightechnic-468x90

 

Bakıda “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan–Gürcüstan Media Forumu keçirilib.

Forumla bağlı təəssüratlarını Yenicag.az ilə bölüşən Gürcüstanda fəaliyyət göstərən “Lider Media” təşkilatı və 24News.ge xəbər portalının rəhbəri Azər Məmmədov tədbirin əhəmiyyətindən danışıb.

Azər Məmmədov bildirib ki, Gürcüstan və Azərbaycan media nümayəndələrinin birgə forumu ilk dəfədir təşkil olunur:

“Gürcüstan və Azərbaycan media nümayəndələrinin birgə forumu ilk dəfədir keçirilir. Düşünürəm ki, bu, bir ilk olduğu üçün həm də başlanğıc hesab olunur. Bu forumun özü-özlüyündə gürcü və azərbaycanlı jurnalistlərin bir-biri ilə münasibətlər qurması, birgə fəaliyyət göstərməsi baxımından çox mühümdür.

Forumda bir çox mövzular müzakirə olundu, xüsusən də süni intellekt dövründə düzgün informasiyanın çatdırılması, dezinformasiya ilə mübarizə mövzularına daha çox diqqət çəkildi. Bu, həqiqətən çox vacibdir. Çünki dövrümüzdə süni intellekt vasitəsilə də bir çox dezinformasiyalar hazırlanır və əksər insanlar bu dezinformasiyaların real olduğunu düşünürlər.

Belə olan halda ənənəvi və mənbə olan medialar məcburdur ki, süni intellektlə hazırlanmış informasiyalarla mübarizə aparsınlar. Buna görə də bu kimi konfransların təşkili və belə forumların keçirilməsi, hazırkı günümüzdəki dezinformasiyalarla mübarizə yollarını birgə araşdırıb tapmaq və bununla mübarizə aparmaq baxımından çox mühümdür və biz həqiqətən də bu forumun keçirilməsini çox yüksək qiymətləndiririk”.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa