“Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda yüksək səviyyədə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artması, Azərbaycan xalqının Mədəniyyətinin Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında əhəmiyyətli rol oynayır”. Bu sözləri ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili 7-ci Qlobal Forumunun Bakıda keçirilməsinə münasibət bildirərkən deyib: “Forumun Bakıda keçirilməsinin əhəmiyyəti 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi ilə də əlaqədardır Forum öz işinə başlamamışdan bir gün qabaq gənclərlə bağlı tədbirin keçirilməsi forumu dahada önəmli edib. Tədbirin məqsədi dünyanın müxtəlif ölkələrindən çoxlu sayda gənci bir araya toplayaraq qarşıda duran məqsədlərə nail olmaq üçün onların fikir və düşüncələrini öyrənməkdir. Üç gün davam edəcək Forumun işində mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, bu baxımdan yeni mənbələrin müəyyənləşdirilməsi və sair məsələlər öz əksini tapacağ. Bu gün Azərbaycanın Ermənistanın işğal siyasətini ifşa etmək üçün həyata keçirdiyi siyasətin bir qanadının da tolerantlıq siyasəti ilə bağlıdır . Yaxın keçmişdə azərbaycanlıları dünyada qəddar, irqçi kimi tanıtmağa çalışan erməni lobbisi bu gün çıxılmaz duruma düşüb. Çünki hazırda dünya ölkələrinin böyük əksəriyyəti Azərbaycanın tolerantlıq modelini yüksək qiymətləndirir, digər dövlətlər üçün nümunəvi səciyyə daşıdığını açıq şəkildə etiraf edir. Bu isə o deməkdir ki, qəddar bir xalq tolerantlıq nümunəsi yarada bilməz. Qeyd etmək istərdim ki , Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında dövlətlə Xaricdə fəaliyyət göstərən Azərbaycan diasporasının birgə fəaliyyəti öz müsbət nəticələrini verir. Tək elə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti kifayət qədər diqqəti cəlb edir”.
www.yenicag.az