“Ziraat Bank Azərbaycan” müştəriləri üçün “ƏDV Geri Al” funksiyasını istifadəyə verdi

media-hightechnic-468x90

“Ziraat Bank Azərbaycan” xidmət keyfiyyətini daha da təkmilləşdirmək məqsədilə növbəti yeniliyini təqdim edib. Artıq bankın Mobil Bankçılığı vasitəsilə “ƏDV Geri Al” funksiyası istifadəyə verilib.

Yenicag.az xəbər verir ki, bu yenilik sayəsində müştərilər Əlavə Dəyər Vergisinin (ƏDV) geri alınması ilə bağlı əməliyyatlarını birbaşa Ziraat Bank Azərbaycanın mobil tətbiqi üzərindən, rahat və sürətli şəkildə həyata keçirə biləcəklər.

Bankdan təqdim edən məlumata əsasən, “ƏDV Geri Al” funksiyasının istifadəyə verilməsi “Ziraat Bank Azərbaycan”ın müştəri yönümlü xidmət konsepsiyasının davamı kimi qiymətləndirilir.

Həmçinin qeyd etmək istərdik ki, Bank yaxın zaman öncə rəqəmsal transformasiya istiqamətində attığı addımla Mobil Bankçılığının Android və İOS istifadəçiləri üçün yeniləndiyini bildirmişdi. Yenilənmiş tətbiq müasir dizaynı, daha yüksək sürəti və funksional imkanları ilə seçilərək müştərilərə daha rahat istifadə təcrübəsini təqdim edib.

“Ziraat Bank Azərbaycan”ın yeni Mobil Bankçılığı ilə müştərilər banka getmədən, 7/24 onlayn olaraq öz hesablarına nəzarət edə, pul köçürmələrini rahatlıqla icra edə, kredit, kommunal ödənişlərini və digər bank əməliyyatlarını asanlıqla yerinə yetirə bilərlər.

Tətbiqi yükləmək üçün müştərilər mobil telefondan növbəti linkə keçid edərək istifadə edə bilərlər: https://ziraatbank.az/app-redirect-link

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın  InstagramX-platformasıLinkedinYouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa