Fransada dəhşətli terror – 80 ölü, 100 yaralı (Fotolar + Video)
Fransanın Nitsa şəhərində dəhşətli terror aktı törədilib.
Hadisə insanların bayram münasibəti ilə təşkil edilən atəşfəşanlığı izlədiyi zaman baş verib.
Belə ki, yük maşınının sürücüsü maşını bayram qeyd edən əhalinin üzərinə sürüb.
Bundan sonra sürücü insanlara atəş açıb. Son məlumatlara görə, hadisə nəticəsində 80-dən çox insan ölüb, 100-dən çox insan yaralanıb. Ölənlərin arasında uşaqların da olduğu bildirilir. Ölən və yaralananlar arasında çox sayda əcnəbilər də var.
Qeyd edək ki, ötən gün Nitsada “Bastiliya qalasının alınması” bayramı qeyd olunub.(Aznews)
https://youtu.be/ND1RuNuDGiU
https://youtu.be/G8j9Fr93iCg