Makron prezident oldu - Radikal sağın tarixində bir ilk

media-hightechnic-468x90

Fransanın V Respublikasının 8-ci prezidenti ilkin hesablamalara əsasən 65,1% ilə «İrəli» partiyasının lideri Emmanuel Makron olub.

Yeniçağ.Az xəbər verir ki, Emmanuel Makron səslərin 34,9 % toplayan Milli Cəbhənin lideri Marin Le Pen üzərində qələbə qazanıb.

Xatırladaq ki, Fransada builki Prezident seçkilərin I turunda 11 namizəd iştirak edib. İkinci turda Makronun rəqibi olan Le Pen bu zamana qədər radikal sağın aldığı ən yüksək səsi alıb.

Sonucların açıqlanmasından sonra Makron tərəfdarları zəfərlərini qeyd etmək üçün Luvr Muzeyinin önünə toplaşarkən, şübhəli bir paket bomba həyəcanı yaratdı. Makron bir azdan Luvrda zəfər çıxışını edəcək.

Qeyd edək ki, Fransada seçkilər fövqəladə rejim altında keçirildi.

Yeniçağ.Az

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600