Fransadan Türkiyəyə jest – Bayraq endirildi

fransa-ankara-icin-bayraklari-yariya-indirdi-1458036666Türkiyənin paytaxtı Ankarada 37 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi ilə əlaqədar Fransanın İstanbuldakı Konsulluğunda bayraq endirilib.

Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Fransanın İstanbuldakı baş konsulu Muriel Domenach öz şəxsi `Twitter` səhifəsində bayraq şəkili paylaşaraq türk xalqına başsağlığı verib.

Qeyd edək ki, martın13-də Ankaranın mərkəzindəki Qızılay meydanında partlayış baş verib. Terror aktı nəticəsində 37 nəfər ölüb, 125 nəfər isə yaralanıb.