Fransanı qana qərq edənlər bilindi

скачанные файлыTerrorçu-kamikadzelərdən birinin adını Fransanın Şartr şəhərinin meri Jan-Pyer Jorj öz Facebook səhifəsində açıqlayıb, daha iki nəfərin kimliyini isə KİV öz mənbələrinə istindən açıqlayıb.

Jan-Pyer Jorjun məlumatına əsasən, terrorçulardan biri 29 yaşlı Fransa vətəndaşı Mostefa İsmayıl Omardır (Mostefai Ismael Omar).

Onun atası və qardaşı artıq polis tərəfindən saxlanılıb. “Şartrda o ən azı 2012-ci ildən yaşayırdı”, – Jorj yazıb. Paris prokuraturasının məlumatına görə, Omar Paris yaxınlığındakı Kurkuron (Eson departamenti) yaşayış məntəqəsində doğulub. 2004-2010-cı illər ərzində o səkkiz dəfə məsuliyyətə cəlb edilb, lakin heç vaxt həbs olunmayıb. Ehtimal edilir ki, o Suriyada 2013-2014-cü illərdə olub. Terrorçu Fransa xüsusi xidmət orqanlarını nəzarəti altında idi.

Digər terrorçu-kamikadzenin kimliyi onun cəsədinin yanından tapılan şəxsiyyət vəsiqəsi vasitəsi ilə müəyyən edilib.
Abdulakbak.B (Abbdulakbak B.) 1990-cı ildə doğulub. Onun barəsində ətraflı məlumat verilmir. Üçüncü terrorçunun adını Serbiyanın Blic qəzeti yayıb. Nəşrin məlumatına görə, Suriya vətəndaşı Əhməd Əlməhəmməd oktyabrın 3-də Yunanıstanın ərazisindən Serbiyaya keçib və Preşevo şəhərində müvəqqəti sığınacaq almaq üçün müvafiq qurumlara müraciət edib.

Nəşr bildirir ki, terror aktlarının təşkilatçısı məhz Əhməd Əlməhəmməd olub. (oxu.az)