!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransanın anti-Azərbaycan qətnaməsinə REAKSİYA: "Makron minalı sahəyə girib sərhədi ölçsün..." - ŞƏRH

!Reklam – Yazi

“Fransızların qəbul etdiyi qətnamələr ancaq və ancaq Fransa-Azərbaycan münasibətlərini korlamağa yarayır”.

Bu sözləri Fransa parlamentinin aşağı palatası yekdilliklə Azərbaycanın Ermənistana “təcavüzü”nün dayandırılmasını tələb edən qətnamə qəbul etməsini şərh edən Milli Cəbhə Partiyasının sədri, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Razi Nurullayev Yenicag.az-a açıqlamasında deyib.

Razi Nurullayev bildirib ki, 30 il Azərbaycan torpaqları işğal altında olanda reaksiya verməyən Fransanın indi etdikləri sözügedən dövlətin niyyətini ortaya qoyur:

“Fransanın parlamentinin yuxarı və aşağı palatalarının qəbul etdiyi qərarlar çox ədalətsizdir. Bu qərarlar birbaşa Fransa Prezidenti Emmanuel Makronun və onun rəhbərlik etdiyi siyasi təşkilatın üzvləri tərəfindən irəli sürülüb. Narahatedici fakt ondan ibarətdir ki, 30 illik işğal vaxtı Fransa bir dəfə də olsun Ermənistana işğalçı deməyib. Dünya da, biz də bilirik ki, Fransa bu məsələdə qərəzli mövqe sərgiləyir, cəzasnı da aldı. Azərbaycan Prezidenti danışıqlar prosesində Fransanın iştirak etməyəcəyini söylədi. Azərbaycan mövqe ortaya qoyub və Azərbaycanın bütün siyasi dairələri də bu məsələni dəstəkləyir. Fransanın qazancı danışıqlar prosesindən uzaqlaşdırılma oldu.

Fransa Xarici İşlər Nazirliyi qeyd edir ki, parlamentin yuxarı və aşağı palatalarının qəbul etdiyi qətnamələr Fransanın rəsmi mövqeyini əks etdirmir. Onsuzda o kağız parçasıdır. Kağız parçası olmasa belə, Fransanın Qarabağa təsir imkanları yoxdur.

Fransa birmənalı olaraq Ermənistanın yanında dayanıb. Ermənistan deyir ki, Türkiyə də Azərbaycanı hərbi və siyasi gücü ilə müdafiə edir. Məsələ burasındadır ki, Türkiyə Azərbaycanı Fransanın da razılaşdığı BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsində müdafiə edir. Fransa isə Azərbaycana hədyanlar yağdırır.

Bu gün Ermənistanla Azərbaycan arasında sərhəd yoxdur. Ona görə də Fransa necə deyə bilər ki, Ermənistan ərazisinə girmisiniz?.. Gəlsin Emmanuel Makron, onun partiyasının üzvləri və parlament üzvləri, girsinlər minalı sahəyə, ayaqları ilə ölçüb desinlər ki, sərhəd buradan keçir”.

Səxavət Məmməd

www.yenicag.az

1065
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv