!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransanın ifrat sağçı partiyası rəqibləri üzərində liderliyi artırıb

!Reklam – Yazi

Fransanın ifrat sağçı Milli Ralli Partiyası iyunun əvvəlinə planlaşdırılan Avropa Parlamentinə seçkilər ərəfəsində rəqibləri üzərində liderliyini artırıb.

Yenicag.az xəbər verir ki, bu barədə yerli “La Tribune” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, respondentlərin 33 faizi Le Penin partiyasına səs vermək niyyətində olduqlarını bildiriblər ki, bu da may ayının ortalarına olan göstəricidən 1 faiz çoxdur.

Məlumata görə, respondentlərin 15,5 faizi Emmanuel Makronun İntibah partiyasının da daxil olduğu mərkəzçi partiyaların koalisiyasına səs verməyə hazırdır.

Qeyd olunur ki, siyahıda üçüncü yeri 13 faizlə Sosialist Partiyası tutur. Hər iki göstərici əvvəlki sorğu ilə müqayisədə dəyişməz qalıb. Le Pen bu nəticəni əldə edərsə, Avropa Parlamentində mövqeyini gücləndirəcək. Avropa siyasiləri Avropa Birliyi bürokratiyasının ifrat sağın əlinə keçəcəyindən ehtiyat edirlər.

Rafi Müslümov

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv