Fuad Nəcəfli: ““Şərq qapısı” qəzeti Azərbaycanın media məkanında xüsusi çəkisi olan, 104 illik tarixi ilə seçilən sanballı mətbuat orqanıdır"

media-hightechnic-468x90

Bu gün tədbirin təşkilatçılarından, eyni zamanda dövlət başçımızın diqqətində olan media orqanlarından biri – 104 yaşlı qocaman “Şərq qapısı” qəzetinin fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. “Şərq qapısı” qəzeti Azərbaycanın media məkanında xüsusi çəkisi olan, 104 illik tarixi ilə seçilən sanballı mətbuat orqanıdır. Bu qəzet təkcə Naxçıvanın deyil, bütövlükdə, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır.

Yenicag.az xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı- “Mediafest-2025”-də çıxışı zamanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

Səlahiyyətli nümayəndə qeyd edib ki, klassik jurnalistika prinsiplərinə sadiqliyi, analitik və siyasi məqalələrə verdiyi önəmlə seçilən qəzet, son dövrlərdə fəaliyyətini daha da genişləndirmiş, sosial mediada da aktiv mövqe qazanmışdır. Qəzetin həm texniki bazası təkmilləşdirilmiş, həm də yaradıcı heyəti gücləndirilmişdir. Ən önəmlisi isə “Şərq qapısı” qəzeti hüquqi status qazanaraq müasir media subyekti kimi fəaliyyətini daha çevik və sistemli şəkildə davam etdirmək imkanı əldə etmişdir. Bu gün “Şərq qapısı” həm ənənəvi medianın, həm də müasir informasiya platformalarının uğurlu sintezini nümayiş etdirərək mühüm nailiyyətlərə imza atır.

“Son illərdə Naxçıvanda informasiya siyasətinin təkmilləşdirilməsi
istiqamətində atılan mühüm addımlardan biri də Naxçıvan televiziyasının peyk yayımına qoşulması oldu ki, bu əlamətdar hadisənin gerçəkləşməsinə az öncə siz dəyərli tədbir iştirakçıları ilə birgə şahidlik etdik. Ölkə Prezidentinin mətbuata verdiyi önəmin bariz nümunəsidir ki,
Naxçıvan Dövlət Universitetində müasir tələblərə cavab verən tədris proqramları əsasında peşəkar və ixtisaslı jurnalist kadr hazırlığı həyata keçirilir” -deyə Fuad Nəcəfli əlavə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600