Azərbaycanın xalq artisti Fuad Poladov xərçəng xəstəliyinə tutulub.
Yenicag.az xalq artisti ilə əlaqə saxlayıb.
Fuad Poladov xəbəri təsdiqləyib:
“Bəli, bir müddətdir ki, Milli Onkologiya Mərkəzində müalicə olunuram. Artıq kimya terapiyalara başlamışam”.
Xalq artisti ağciyər xərçəngindən əziyyət çəkdiyini deyib:
“Ağciyər xərçəngiyəm. Bir müddət öncə səs tellərimdə yaranan problem də bu xəstəliklə əlaqədarmış”.
Aktyor müalicəsini xarici ölkələrin birində davam etdirmək fikrində deyil:
“Azərbaycanda peşəkar həkimlərimiz var. Müalicə aldığım xəstəxana dünya standartlarına cavab verən avadanlıqlarla təchiz olunub. Niyə xarici ölkəyə gedim ki? Özümü burdakı həkimlərə həvalə etmişəm”.
Qeyd edək ki, APA TV-nin əldə etdiyi məlumata görə, tanınmış aktyor hazırda Milli Onkologiya Mərkəzində müalicə olunur.
Cəvahir