Braziliya futbolunda azarkeş zorakılığı dəhşətli nəticə ilə başa çatıb.
Yenicag.az xəbər verir ki, “Kruzeyro” komandasının “Mafiya Azul” azarkeş qrupu “Atletiko Paranaense” ilə səfər oyunundan (3:0) qayıdarkən hücuma məruz qalıb.
“Palmeyras”ın “Mancha Alviverde” azarkeş qrupunun hücumu nəticəsində 30 yaşlı Xose Viktor dos Santos Miranda yanaraq ölüb, 12 nəfər isə ağır yaralanıb. Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.
İsmayıl Bakuvi
www.yenicag.az