Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Futbolçular alqışa layiq idilər” - Qurban Qurbanov

Reklam: Sinerji Pro

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında evdə Sloveniyanın “Olimpiya” klubu ilə 0:0 hesablı heç-heçə edərək (ilk oyun 1:0) növbəti mərhələyə vəsiqə qazanb.

Yenicag.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

“Öncə futbolçuları təbrik edirəm. Sona qədər mübarizə apardılar. Alqışa layiq idilər. Çox yaxşı komandaya qarşı oynayırdıq. Sonda qalibiyyət bizim oldu, mərhələni keçən biz olduq. Azarkeşlərə bizi dəstəklədikləri üçün təşəkkür edirəm. Bundan sonra çətin oyunlar bizi gözləyir. Hər rəqibə qarşı ciddi hazırlaşacağıq. Və hər bir halda biz hazır olmalıyıq. Futbolçular oyun haqqında daha çox düşünməlidirlər. Hər rəqibə qarşı fərqli oyun üslubu ilə çıxırıq. Bu gün futbol bunu tələb edir. Qalib gəlmək istəyirsinizsə, rəqibin oyun üslubuna görə oynamalısınız”.

www.yenicag.az

3848
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS