Futbolçunun cansız bədəni dağıntılar altından çıxarıldı

Türkiyə klubunun qapıçısının dağıntılar altından cansız bədəni tapılıb.

Yenicag.az xəbər verir ki, Türkiyənin “Yeni Malatyaspor” klubunun qapıçısı Eyüp Türkaslan zəlzələ nəticəsində dünyasını dəyişib.

Onun cansız bədəni dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, “Yeni Malatyaspor” klubunun futbolçusu ilə əlaqə yaradıla bilinməməsi barədə məlumat verilmişdi.