!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İdmançılar dağıntı altında qaldı: "Əlaqə yaratmaq mümkün deyil..."

!Reklam – Yazi

Zəlzələ zamanı Malatyada Kırçuval otelinin çökməsi nəticəsində “Böyükşəhər Bələdiyyəspor” komandasının futbolçuları dağıntılar altında qalıb.

Yenicag.az xəbər verir ki, xilasetməişləri zamanı idmançılar – Enes, Mustafa və Berkin dağıntılar altından çıxarılıb.

Zəlzələ zamanı zərərçəkən idmançılar arasında Hatay Qadın Voleybol Komandası oyunçuları da var.

“Alanya Bələdiyyəspor”un futbolçusu Enesan Can bildirib ki, Hatay qadın voleybol komandasının 14 idmançısının qaldığı bina uçub, onlar da dağıntılar altında qalıb.

Digər tərəfdən, “Maraşspor” futbol komandasının dağılmış otelin dağıntıları altında qaldığı, texniki komitədən birinin çıxarıldığı, digər vətəndaşların isə xilas edilməsinə çalışıldığı bildirilib.

Eyni zamanda, “Yeni Malatyaspor”un futbolçusu Ahmet Eyüp Türkaslanla da əlaqə yaratmağın mümkün olmadığı üzə çıxıb.

 

www.yenicag.az

233
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv