Füzuli əməliyyatı: Dünyanın hərbi akademiyalarında öyrənilən taktika - ŞƏRH

media-hightechnic-468x90

“Vətən müharibəsində rayonlar, kəndlər və yüksəkliklərin erməni işğalından azad olunmasının xüsusi əhəmiyyəti vardı. Bu, Azərbaycan Ordusunun həm özünəinamını artırırdı, həm də növbəti zəfərlərimizi qazamağımıza imkan yaradırdı”.

media-348026

Bu fikirləri Yenicag.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

O bildirib ki, Füzulinin işğaldan azad olunması digər rayonlarımız üzərində də suverenliyimizi bərpa etməyə imkan yaratdı:

“Döyüşlərin ilk günündən torpaqlarımız işğaldan azad edilirdi. Cəbrayıl, Füzuli, Zəngilan, həmçinin digər kənd və qəsəbələrin azad olunması bizi Şuşaya aparırdı. Füzuli əməliyyatının həm Azərbaycan, həm də dünya hərb tarixində müstəsna əhəmiyyəti var. Ordumuzun qəhrəmanlığı dünya hərb akademiyalarında öyrənilir. Bu döyüşlərin xüsusiliyi ondadır ki, ermənilər uzun illər burada istehkamlar qurmuşdular. Düzdür, ordumuz 2016-cı ildə “Ohanyan səddi”ni qısa müddətdə məhv etdi. Ancaq ondan sonra da işğal altında qalan rayonlarımızda dərin səngərlər qazılmışdı. Onlar elə düşünürdülər ki, Azərbaycan əsgəri bu əraziləri işğaldan azad edə bilməyəcək. Lakin ordumuzun igid övladları çətin vəziyyətdə belə Füzulini işğaldan azad edə bildi”.

Həsənli qeyd edib ki, hər bir azərbaycanlı zəfər tarixlərini bildiyi kimi, işğal günlərini də unutmamalıdır:

“Füzuli və Cəbrayılda xeyli sayda şəhid vermişik. Onların qəhrəmanlıqları daim yaddaşımıza həkk olunmalıdır”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa