Füzuli uğurunda döyüşlər: Vətən müharibəsinin kulminasiya nöqtəsi - ŞƏRH

media-hightechnic-468x90

“Ermənilər Füzulini itirəndə müharibənin taleyinin həll olunduğunu anladılar”.

media-seventimes_10e1fbee905fbb6ae0fcc4f1c4b40cdc_w2jep3blq54kmsrh90ot

Bu fikirləri Yenicag.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Ekspert Füzuli şəhərinin 17 oktyabrda işğaldan azad edilməsinin tarixçəsini saytımıza danışıb:

“44 günlük müharibənin ən kulminasiya nöqtəsi Füzuli istiqamətindən başladı. Sentyabrın 27-dən başlayan döyüşlər əsasən əks-hücum Füzuli istiqamətindən başladı və 2020-ci ilin oktyabrın 17-də Füzuli şəhəri ermənilərdən azad olundu. Döyüşlər başlayandan ayın 17-nə qədər rayonun bir neçə kəndi azad olunmuşdu, ayın 17-si rayon azad edildi. Füzuli niyə strateji əhəmiyyət kəsb edirdi? Çünki, uzun illər idi düşmən o istiqamətində möhkəmlənmişdi, bir neçə müdafiə mövqeyi yaratmışdı. Mənim özümün də iştirak etdiyim 1994-cü il döyüşlərində uğur qazandıq amma təəssüf ki, o vaxt Rusiya, Qazaxıstan və digərlərinin müdaxiləsi nəticəsində proses dayandırıldı və Bişkek protokolu imzalandı. 2020-ci ildə isə Füzuli şəhərində ilk döyüşlərdə çox böyük çətinliklər oldu və xeyli sayda şəhidlərimiz oldu. Daha sonra döyüşün istiqaməti Cəbrayıl, Hadrut istiqamətinə üstünlük verildi və daha sonra Füzuli şəhərinin özü və kəndləri işğaldan azad olundu. Artıq düşmən hiss etdi ki, Füzuli şəhəri də, şəhərin strateji əhəmiyyətli kəndləri də itirilib, düşmən geri çəkilməyə məcbur oldu. Düşmən Füzuli uğrunda xeyli itkilər verdi. Ermənistan 44 günlük savaşda ən böyük itkiləri məhz Füzuli istiqamətində verdi. Onlar bu döyüşlərdə xeyli sayda canlı qüvvə və texnika itirdilər. “Qənimətlər Parkı”-da olan texnikanın əksəriyyəti məhz Füzuli şəhəri və kəndləri uğrunda döyüşlərdə düşmən tərəfindən itirildi. Ona görə də oktyabrın 17-si dövlət başçımızın əmri ilə “Füzuli Şəhəri” günü kimi qeyd edilir”.

Ü. Cəfərov Füzuli şəhərinin işğal dövründə ermənilər tərəfindən vəhşiliyə məruz qalmasından da söz açaraq qeyd edib:

“Füzuli 1993-cü ilin avqustun 23-də erməni-rus birləşmələri tərəfindən işğal edilmişdi. Şəhərdə bütün dini, tarixi obyektlər, qəbiristanlıqlar, kənd təsərrüfatı obyektləri vardısa hamısını ermənilər viran etmişdilər. Həm erməni və ruslar tərəfindən, həm də İran tərəfindən dağıdılmışdı. Düşmən artıq Füzulini itirəndən sonra başa düşdü ki, müharibənin taleyi həll edilib, onlar üçün ən ağır günlər başlayır və həqiqətən də növbəti günlər artıq 8 noyabra doğru gedirdi və ard-arda uğursuzluqlara məruz qaldılar”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa