“Galatasaray” Kerem Demirbay ilə yollarını AYIRIR – Yeni klubu BUDUR
“Galatasaray” klubu almaniyalı yarımmüdafiəçi Kerem Demirbay ilə yollarını ayırmağa hazırlaşır.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “beIN SPORTS” yayıb.
Məlumata görə, Trendyol Süper Liqa təmsilçilərindən “Eyüpspor” 32 yaşlı futbolçunun transferi ilə bağlı “Galatasaray” rəhbərliyi ilə razılığa gəlib. Klub həmçinin oyunçunun özü ilə də şərtləri razılaşdırıb.
Hazırda transferin son detalları müzakirə olunur. Tərəflərin yaxın günlərdə rəsmi açıqlama yayacağı gözlənilir.
Qeyd edək ki, Kerem Demirbay ötən mövsüm “Trendyol SUper Liqa”da 20 oyuna çıxıb. Onlardan yalnız 5-də start heyətində meydana çıxan futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Göycə Göycəyev