Fars körfəzi MİNALANA BİLƏR – Orta Şərqdə yeni partlayış RİSKİ

media-hightechnic-468x90

“İran-İsrail toqquşmaları onu göstərirdi ki, İran təhlükəli rəqibdir”

Bu sözləri İran-İsrail toqquşması, müharibənin gedişatını Yenicag.az-a hərbi ekspert Rövşən Məhərrəmov deyib.

media-rovsenmeherremov

Onun sözlərinə görə, bu tip müharibə uzun müddət davam edə bilməz:

“İsrail-İrana daha çox aviasiyadan zərbələr endirir. Eyni vaxtda dronlar və raketlərdən də istifadə edir. İran isə ballistik, hipersonik raketlərdən, eyni zamanda kamikadze dronlarla İsrailə cavab verir. İki ölkənin quru sərhədi olmadığı üçün bu müharibənin uzun müddət davam etməsi mümkün deyil. Nə ABŞ, nə də İsrail quru əməliyyatlarına risk edər. Çünki İranın ərazisi də çox böyükdür, eyni zamanda quru qoşunları da kifayət qədər güclüdür. Ona görə də İrana daha çox havadan zərbələr endirirlər”.

R. Məhərrəmovun fikrincə, bir çoxları elə düşünürdü ki, İranın raket potensialı zəifdir:

“Ancaq bundan əvvəlki iki toqquşma da onu göstərirdi ki, İran təhlükəli rəqibdir. Proseslərin dənizdə davam etmə ehtimalı da var. Ancaq bu baş verərsə, istər-istəməz Çin də müdaxilə edəcək. İran açıq şəkildə Fars körfəzini minalamaqla təhdid edir. Bu baş verərsə, körfəz ölkələri üçün ciddi problemlər yaşana bilər”.

Səxavət Məmməd

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600