Onbeşkasım Kıbrıs Universitetinin Azərbaycanda qala gecəsi keçirilib - FOTO
Bakıda Onbeşkasım Kıbrıs Universitetinin qala gecəsi təşkil olunub. Tədbirdə təxminən 100-ə yaxın xaricdə təhsil şirkətinin nümayəndələri, Millət vəkilləri, Kipr təmsilçiliyi, Mediasiya Şurasısının rəhbəri kimi dövlət qürumlarından olan insanlar iştirak ediblər.
Universitetin rektoru, professor Mustafa Menekay çıxışında Azərbaycanda özlərini tanıtmaqdan məmnun olduqlarını bildirib:
“Bu gün Can Azərbaycan torpağında, Şimali Kipr Türk Cümhuriyyətinin bir universiteti olaraq məqsədlərimizi və fəaliyyət istiqamətlərimizi paylaşdıq. İki qardaş, iki dövlət, iki ölkə, bir millət! Biri Aralıq dənizində, digəri isə Xəzər dənizində yerləşsə də, bizi birləşdirən ortaq taleyimiz və könül bağımız var. Bu bağ bizi bu gün buraya gətirdi. Onbeş Kasım Kıbrıs Universiteti olaraq Azərbaycanlı qardaşlarımıza təhsildə hər cür imkanı təqdim etməyə, onlara bu yolda dəstək olmağa hazırıq”.
Azərbaycanın bu tədbirə göstərdiyi maraqdan məmnun olduğunu ifadə edən professor Menekay, Anadolu Qrupuna əməkdaşlığa görə təşəkkürünü də bildirib:
“Buraya gələn hər kəsə – millət vəkillərinə, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndələrinə və media təmsilçilərinə ürəkdən təşəkkür edirəm”.
Tədbirdə iştirak edən Anadolu Qrup Xaricdə Təhsil Şirkətinin təsisçisi və direktoru Elvin Cavadzadə də öz fikirlərini bölüşüb. O, Onbeşkasım Kıbrıs Universitetinin təqdimat gecəsinin uğurla keçirildiyini bildirib:
“Bu gün bizim üçün çox önəmli bir tədbir gerçəkləşdi. Ümid edirəm ki, bu tədbir gələcək mərhələlərdə də tələbələrimiz üçün faydalı və uğurlu olacaq”.