Azərbaycan klublarının Konfrans Liqasındakı rəqibləri

media-hightechnic-468x90

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Yenicag.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçiləri “Zirə” və “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşib.

Bu raundda Bakı klubu Xorvatiyanın “Hayduk”, Naxçıvan təmsilçisi isə Yunanıstanın “Aris” kollektivi ilə qarşılaşacaq.

Bu gün, həmçinin UEFA Avropa Liqasında (AL) mübarizə aparacaq “Sabah” komandasının Konfrans Liqasındakı (KL) potensial rəqibi də bəlli olub. Azərbaycan təmsilçisi AL-in I təsnifat mərhələsində Sloveniyanın “Tselye” komandasını keçə bilməsə, yoluna KL-də davam edəcək. Bu turnirdə “Sabah”ın mümkün rəqibi “Birkirkara” (Malta) – “Petrokub” (Moldova) cütünün qalibi olacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin matçları iyulun 24 və 31-də keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600