!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gecikmədən İŞİD – in Bakı bürosunu yaradın” – Partiya sədrinə təklif

!Reklam – Yazi

mitinq_millishuraAXCP sədri Əli Kərimliyə

Əli bəy!
Əminiz oğlu İnqilab Kərimovun “facebook” müraciətini oxudum. Oxudum və qürurlandım. Ələlxüsus da yetişdirdiyiniz siyasətçi ordusuna xitabən yekə bir “eşq olsun” – demək keçdi könlümdən!
img1862988İŞİD – ə və onun timsalında terror qruplaşmalarına dəstək vermək, insanları baş kəsməklə, işgəncə ilə hədələmək həqiqətən də ümumbəşəri dəyərlərin zirvəsidir, müasir dünyanın qlobal prioritetidir. Və nə qədər qəribə səslənəcəksə belə söyləməliyəm: ölkəmizdə sizə qədər kimsə bu dəyərləri adına layiq və tam səmimi formada öz çiyinləri üzərindən daşıya bilməyib. Kimsə bu vicdansızlığı, nadanlığı, vəhşiliyi sizin qədər mükəmməl və ali səviyyədə mənimsəyə, həyat normasına çevirə bilməyib!
Əli bəy!
Gözəl insansınız. Həqiqətən. Mənə deyirdilər, inanmırdım. Deyirdilər Kərimlidə peyğəmbər nuru var, adamın qəlbində hələ kəşf ounmayan humanizm yataqları mövcuddur, görməzdən keçirdim. İndi isə inandım. İnqilab bəy sağ olsun. Var olsun ki, 3 – 4 cümlə ilə inandırdı məni bu gerçəkliyə. Bir daha sübut etdi ki, siyasət sözünün mənası, sinonimi elə əslində Əli Kərimli demək imiş. Bir daha əmin oldum ki, siyasi əxlaq deyərkən lider satmaqla başlanıb terrorist qucaqlamaqla bitən uzun, böyük, müdhiş bir yol nəzərdə tutulurmuş. Növbəti dəfə özüm üçün yəqinləşdirdim ki, ədalətli, kişiyanə mübarizə demə(ginən) ki, arvad profilləri altında gizlənərək “facebook” üzərindən siyasi rəqibə və keçmiş silahdaşlara iftira, şantaj, nifrinlər yağdırmaqmış.
Lütfən, bu gerçəklikləri bir az gec qavradığım üçün qüsuruma baxmayın…
Əli Bəy!
Düzdür, siyasi təcrübəm sizdən daha azdır. Amma əfvinizə sığınaraq bir təvəqqedə bulunum: Vallah, buraxın o AXCP -nin – filanın başını. Ondansa gecikmədən İŞİD – in Bakı bürosunu yaradın. Tam səmimi deyirəm. Həm, baxın nə yetənəkdə potensialınız var. Maşallah, bütün ətraf qara – qura gədələrdən, Natiq Adilov kimi kamikadzelərdən, Fuad Qəhrəmanlı kimi topa güllə qoyanlardan ibarətdir. Hətta xanım müavininiz belə Qəddafinin yumurta əkizinə oxşayır. Yəni zaman – zaman onunla da kiməsə xox gəlmək olar.
Heyf eləməyin bu resursları. Fövtə verməyin bu qədər imkanı. İŞİD –in sizin kimilərə bir tək sözdə deyil, əməldə də ehtiyacı var. Hətta bir az güclənsəniz özləri gəlib sizə qoşular, nəinki siz onlara. Allah bu qədər zombini nəsibiniz edib, qədrini bilin. İstiqamətləndirin, yönləndirin, təyinatlandırın bu zavallıları!
Və…son bir ricam daha var: Qəniməti gilyötin kurslarına göndərin. İnanın, bir az təcrübə yığsa adamın başını gözü ilə baltasız kəsər. Ayrıca, sifətdən də cəllada oxşayır. Hətta saqqalını belə sanki qılıncla təraş edirmiş kimi halı var.
Yəni dedim, sadəcə nəzərinizdə olsun.
Əli Bəy!
Sizə gələcək fəaliyyətinizdə daha böyük rəzilliklər və daha dərin quyu dibləri arzulayıram.
Elşən MUSAYEV

www.yenicag.az

650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv