Gədəbəydə polisə atəş açıldı: Saxlanılanlar var

media-hightechnic-468x90

Oktyabrın 16-da saat 21 radələrində Gədəbəy rayonu Sarıhasanlı kəndində evlərin birindən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərməyə cəhd edən şəxslər saxlanılıblar.

DİN-in mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, əvvəllər məhkum olunan, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü (oğurluq) maddələri ilə axtarışda olan Hüseynov Nəsib Qayıb oğlu və onunla birlikdə olan, barəsində 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət icraatı olan 1976-cı il təvəllüdlü Cəfərov Elman Əvəz oğlu, əvvəllər məhkum olunmayan 1967-ci il təvəllüdlü Cəfərov Nəriman Ələsgər oğlu Gədəbəy RPŞ əməkdaşları tərəfindən saxlanılarkən odlu silahla müqavimət göstəriblər.

Polis əməkdaşlarının çevikliyi nəticəsində silahlı müqavimət cəhdinin qarşısı alınıb, N.Hüseynova tabel silahı tətbiq edilməklə onlar saxlanılıblar. Ayaq nahiyyəsindən xəsarət alan N.Hüseynova nəzarət qaydasında ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib. Həyatına təhlükə yoxdur.

Hadisə yerindən cinayət aləti olan tüfəng götürülüb.

Araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600