Gelin mağazanı qarət edib
Xorvatiyada gəlin öz rəfiqələri ilə toy geyimlərinin satıldığı mağazanı yarıb.
Popovets şəhərində toy salonunun 34 yaşlı sahibəsi qarət barədə şikayət ərizəsi ilə polisə müraciət edib.
“Vecernji list” nəşri yazır ki, mağaza sahibəsinin sözlərinə görə, ötən cümə bir gəlin üç rəfiqəsi ilə salona gəlib. Səhəri gün toyu olacağını bildirən qız gəlinlikləri geyinib baxmağa başlayıb.
Gəlin mağaza işçilərinin diqqətini özünə cəlb edərkən, rəfiqələri bir neçə gəlinliyi götürərək mağazadan çıxıblar. Onların ardınca isə alt paltarında olan gəlin də pəncərədən tullanaraq qaçıb.
Onlar avtomobilə minərək hadisə yerindən uzaqlaşıblar.
(topnews.az)