!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gənc diabet xəstələrində yetkinlikdən sonra…” – oftalmoloqdan xəbərdarlıq

!Reklam – Yazi

Göz insan orqanizminin ən həssas duyğu orqanıdır. Təsadüfi deyil ki, xəstələndiyimiz zaman gözlərimiz də zərər görür.

Xüsusilə birinci tip şəkərli diabet olan pasiyentlərdə gözlər daha tez zərər görə bilir. Bəs belə olan halda gözləri necə qorumalı? Suallarımızı Universal Hospitalın baş həkimi, tanınmış cərrah-oftalmoloq, tibb elmləri doktoru Aytən Sultanova cavablandırır:

“Şəkərli diabetlə bağlı korluğun ən geniş yayılmış səbəbi “Diabetik retinopatiya”dır.

Bu, diabet insulinin sekresiyasının və ya təsirinin azalması səbəbindən qan şəkərinin səviyyəsinin artması ilə ortaya çıxan bir metabolik xəstəlikdir.

Şəkərli diabet ilk növbədə gözün damar şəbəkəsinə təsir göstərərək, görmə qabiliyyətinin aşağı düşməsinə səbəb olur.
Diaqnozu qoyulan bütün şəkərli diabet pasiyentləri mütəmadi olaraq göz müayinəsindən keçməlidirılər. Belə ki, rutin müayinə ildə bir dəfə olsa da, “diabetik retinopatiya” diaqnozu qoyulan gənclər xəstəliyin mərhələsindən asılı olaraq, 3-6 aydan bir müayinə olunmalıdırlar. Bu şəxslərdə görmə qabiliyyətinin saxlanılması üçün vaxtında müayinə və müalicənin başlanılması vacib şərtdir.
Birinci tip diabet zamanı gözdə retinopatiya halları diaqnoz qoyulduqdan 5-10 il sonra müşahidə edilə bilər. İnsulin asılı olan gənc diabet xəstələrində yetkinlikdən sonra retinopatiyanın tezliyi yaşla əlaqəli olaraq artır.

Qanda şəkərin nəzarəti önəmli bir faktordur. Qanda şəkərin səviyyəsinin nizamsızlığının müşahidə edilməsi, qanda şəkərin səviyyəsinin qəfil artması və enməsi torlu qişanın vəziyyətinin pisləşməsinə və xəstəliyin irəliləməsinə imkan yaradır. Hamiləlik, hipertoniya, qanda yağların artması (hiperlipidemiya), böyrək xəstəliyi retinopatiyanı ağırlaşdıran digər amillərdir.
Diabet, torlu qişada kapilyarların quruluşunu pozaraq hüceyrə itkisinə səbəb olur, damar keçiriciliyinin pozulmasına, sarı ləkə bölgəsində maye və yağlı maddələrin yığılmasına və kapilyarların tıxanması səbəbindən qidalanması pozulan sahələrin meydana gəlməsinə səbəb olur.

Birinci tip diabet zamanı gözdə retinopatiya halları diaqnoz qoyulduqdan artiq 5-10 il sonra musahide edile biler.
Diabetik retinopatiya zamanı yarana biləcək böyük ölçülü qansızmalar və retinal qopmalar görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Bütün bunları nəzərə alaraq, gənclərimizə vaxtında oftalmoloqa müraciət etməyi və göz sağlamlıqlarını qorumalarını tövsiyə edirik.

www.yenicag.az

147
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv