Azərbaycanda 5,4 milyard manat ipoteka krediti verilib

media-hightechnic-468x90

Bu günə qədər Azərbaycanda 73,4 min nəfərə 5,4 milyard manat ipoteka krediti verilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev bildirib.

Onun sözlərinə görə, bunun təxminən 80 %-i Fondun (dövlət) xətti ilə, 20 %-i isə bankların daxili ipoteka proqramları üzrə verilib.

“Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, bankların kredit portfelində ipoteka kreditlərinin xüsusi çəkisi 15,2 %-dir”, – deyə Fond rəsmisi əlavə edib.

Bundan başqa, R.Abdullayev deyib ki, Fondun zəmanət mexanizmi tətbiq edildikdən sonra, 2018-ci ildən etibarən ümumi məbləği 150 milyona yaxın manat olan 1 571 zəmanətli ipoteka krediti verilib.

“İpoteka kreditlərini alanlarda 18–29 yaş qrupunun payı 33 %, 29–35 yaş qrupunun payı 34 %, 35 yaşdan yuxarı şəxslərin payı isə 33 % təşkil edir. Beləliklə, kreditlərdən yararlananların 67%-i gənclər və gənc ailələrdir. Regionlarda verilmiş ipoteka kreditlərinin payı isə 23 % təşkil edir. Ailə vəziyyətinə görə kredit alanların 67 %-i evli, 33 %-i subay şəxslərdir. Məşğulluq baxımından isə kreditlərin 42%-i qeyri-dövlət sektorunda, 58%-i dövlət sektorunda çalışan vətəndaşlara verilib”, – deyə o əlavə edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05