Rusiyanın Voronej vilayətində 30 yaşlı qadın 9-cu sinif şagirdini anatomiya dərsi üçün evinə dəvət edib və onunla intim münasibətdə olub.
Yenicag.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə iyunun 6-da Zabolotovka kəndində baş verib.
Bildirilib ki, 30 yaşlı Yana 9-cu sinfi yenicə bitirmiş, 15 yaşlı yeniyetməni evinə dəvət edib. Rus qadın tələbəyə “anatomiya dərsi” öyrətmək qərarına gəlib və onunla intim münasibətə girib.
Hadisə barədə xəbər tutan polis qadını saxlayıb və araşdırmalara başlayıb.
Məlumata görə, şübhəli şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə ittiham edilir və onu dörd ilə qədər həbs cəzası gözləyir./konkret.az/
www.yenicag.az