Gəncə qəbirstanlığında yenilik

media-hightechnic-468x90

thumb_unnamed (3)_508Gәncә şəhərində dәfn mәsәlәlәrinin nizamlanması ilә bağlı addımlar atılıb, qәbristanlıqların hamısında dәfn xәrclәrinin qiymәtini әks etdirәn lövhәlər asılıb.

Qәbir yerinin hәddәn çox baha satılması vә dәfn xәrclәri, orta aşağı tәbәqәnin insanlarında hәmişә narazılıq yaradıb. Belə ki, ev tikmәk üçün 1 sot torpağı 1500-2000 dollara almaq mümkündürsә, bir qәbrin qiymәti 500-1000 mana arasında dәyişir.

İmamzadә qәbristanlığının axundu Hacı İlham deyib ki, qiymәtlәrin daim göz önündә olması әhali ilә yanaşı din xadimlәrinin dә ürәyindәndir. Biz yad vә mәnәviyyatımıza lәkә olan әmәllәrdәn uzaqlaşırıq. Bu gün rәsmi elan edilәn qiymәtlәrә görә, qәbrin qazılıb hazırlanması vә dәfn işi 65 manat 40 qәpik, qәbrin hörgüsüz hazırlanması 50 manat 25 qәpik, sәrdabәyә dәfn 55 manat 70 qәpik vә uşaq qәbrinin qazılıb hazırlanması isə 35 manat 50 qәpikdir.

Bildirək ki, әvvәllәr Gәncәdә ölü sahibi 150-200 manata qәdәr pul xәrclәyәrәk qәbirqazdırmalı, onun içәrisini daşla hördürmәli idi. (salamnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600