Gəncə sakini bıçaqlandı

media-hightechnic-468x90

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən verdiyi xəbərə görə, Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Əmiraslanov Mətləb Rəşid oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Xəstəxanasına yerləşdirilib. O, əməliyyat olunub. Həkimlər yaralının vəziyyətinin orta ağır olduğunu bildirib.
RM. Əmiraslanovun hansı şəraitdə bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az 

media-ziraat-728x90

Gəncə sakini bıçaqlandı

media-hightechnic-468x90

загруженное (1)Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Gəncə şəhər sakini, 53 yaşlı Sevil Abbasova əl nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya müraciət edib. Ona yardım göstərildikdən sonra qadın evə buraxılıb. Qadın polis əməkdaşlarına bildirib ki, yaşadığı 2 saylı yataqxanada otağının üstündən onun mənzilinə su töküldüyü üçün orada yaşayan Daşdəmir adlı qonşusuna etirazını bildirib. Qonşu isə cavabında bıçaqla ona xəsarət yetirib.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

media-ziraat-728x90

Gəncə sakini bıçaqlandı

media-hightechnic-468x90

1369042183_353Gəncədə 23 yaşlı gənc bıçaqlanıb.

Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasından  verilən məlumata görə, şəhər sakini, Nəriman Nərimanov prospektində yaşayan, 1991-ci il təvəllüdlü Məmmədov Sirac Yasin oğlu bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat edilən gəncin vəziyyəti orta ağır qiymətləndirilir. Onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600