Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Gəncə şəhərində, Atatürk prospektində baş verib.
Şəhər sakini, 1985-ci il Rəhimov Fariz Fazil oğlu çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil.
Məlumata görə, o, əvvəllər də bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.