“İlham Əliyev MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək” - Peskov
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcəklər.
Yenicag.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov bildirib ki, Putinin həm İlham Əliyev, həm də Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşləri olacaq.
“Bu iki gün ərzində Putin ayrı-ayrılıqda bütün liderlərlə görüşəcək”, – Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, dekabrın 21-də Sankt-Peterburqda Avrasiya İttifaqı Ali İqtisadi Şurasının iclası, dekabrın 22-də isə MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək.












