Gəncə şəhər sakini narkotiklə saxlanıb
Gəncədə üzərində narkotik vasitə gəzdirən şəxs saxlanılıb.
Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, şəhər sakini, əvvəllər məhkumluq həyatı yaşamış 29 yaşlı Bilal Fərəcov şübhəli şəxs kimi saxlanılaraq, Polis İdarəsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman 1 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır(apa).