Gəncədə I Beynəlxalq GreenEco forumu keçiriləcək

media-hightechnic-468x90

Aprelin 23-də Gəncədə birinci Beynəlxalq GreenEco forumu keçiriləcək.

media-banner_tkm

Yenicag.az Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) istinadən xəbər verir ki, aktual ekoloji çağırışların müzakirəsinə həsr olunacaq tədbir dünyanın aparıcı mütəxəssislərini bir araya gətirəcək.

“Forumun əsas fəaliyyət istiqamətləri aqrar-sənaye kompleksində süni intellekt texnologiyalarının tətbiqini və kənd təsərrüfatının dayanıqlı inkişaf modellərinin təşviqini nəzərdə tutur.

Forumun panel sessiyalarının əsas mövzuları süni intellektin inkişafı şəraitində “yaşıl iqtisadiyyat” məsələlərini, həmçinin aqrar sahədə “yaşıl iqtisadiyyat”ın perspektivlərini əhatə edir.

Beynəlxalq platforma BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Asiya İnkişaf Bankı (ADB) ilə əməkdaşlıq çərçivəsində və müxtəlif dövlətlərdən 15-dən çox nüfuzlu ali təhsil müəssisəsinin iştirakı ilə yaradılıb.

Təşkilatçıların sözlərinə görə, tədbir qabaqcıl dünya təcrübələrinin milli aqrar sektora inteqrasiyasına töhfə verəcək.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05