Gəncədə məktəblini qətlə yetirən şəxs həbs edildi

media-hightechnic-468x90

Gəncə şəhərində məktəblini qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Yenicag.az Report-a istinadla xəbər verir ki, Gəncə şəhər Məhkəməsində Gəncə şəhər sakini, Rual Rəhimovu qətlə yetirməkdə şübhəli bilinən Fərid Şabanov barəsində Gəncə şəhər Prokurorluğunun təqdimatına baxılıb.

Prosesdə təqdimat təmin edilərək F.Şabanovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi olan R.Rəhimov bıçaqla xəsarət yetirilərək öldürülüb. Onu qətlə yetirməkdə şübhəli bilinən Fərid Şabanov aparılan əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600