Gəncədə Mirzə Şəfi Vazehin yubileyinə hazırlıq işləri görülür

media-hightechnic-468x90

25582Gəncə Şəhər İcra Hakimiyyətində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyinə hazırlıq və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaq keçirilib.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev ölkə başçısı İlham Əliyevin Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyi ilə bağlı imzaladığı sərəncamdan irəli gələn vəzifələrdən danışıb, ötən müddət ərzində bu istiqamətdə görülən işləri yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Sonra şəhərdə keçiriləcək yubiley tədbirləri ilə əlaqədar yaradılmış təşkilat komissiyasının sədri, AMEA-nın Gəncə bölməsinin akademik katibi, akademik Fuad Əliyevin görülən işlər barədə məlumatı dinlənilib.

Sərəncam imzalandığı gündən indiyədək şəhər icra hakimiyyətinin təşəbbüsü ilə şairin Almaniya muzeylərində saxlanan 256 ədəd əlyazmasının surəti, həmçinin Mirzə Şəfi Vazehin Avropanın müxtəlif şəhərlərində saxlanan nəğmələrinin notları gətirilib, 11-dən artıq monoqrafiyası çap edilib.

Yığıncaqda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev geniş çıxış edərək görülən işləri təhlil edib və qarşıda duran vəzifələrlə bağlı tapşırıqlarını verib.

 Yığıncaqda son vaxtlar yas mərasimlərində dəbdəbəli ehsan süfrələrinin açılmasına qarşı fikirlər də səsləndirildi.Buna münasibət bildirən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dedi ki, yas mərasimləri İslam dininin qaydalarına və o cümlədən, xalqın formalaşmış adətlərinə uyğun keçirilməlidir. İcra başçısı həmçinin dəfn xərclərinin də ciddi nəzarətə götürülməsi ilə bağlı tapşırıqlar verdi. Bunun üçün din xadimləri, ziyalılar, xüsusilə mollalar əhali arasında təbliğat aparmalı, yas yerlərində dini qaydalara uyğun ehsan süfrələrinin açılmasını təmin etməlidirlər – deyə bildirdi. E.Vəliyev şəhər axunduna, eləcə də din xadimlərinə belə hallara qarşı mübarizə aparılması barədə tapşırıqlar verdi. (avropa.info)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600