Gəncədə “Qazel” və “Mercedes” toqquşdu

media-hightechnic-468x90

скачанные файлыGəncədə iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gecə şəhərin Nizami və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində qeydə alınıb. “QAZel” ilə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində avtomobillərdə olan sərnişinlər, 1961-ci il təvəllüdlü Teyyub Quliyev və 1985-ci il təvəllüdlü Əqidəm Məmmədov xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa