Gəncədə toy yoxlaması: Qaydaları pozanlar cəzalandırıldı

28 iyul 2021-ci il tarixdə Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsində fəaliyyət göstərən fiziki şəxs Qasımov Zaur Rasim oğluna məxsus “Tural” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Yenicag.az xəbər verir ki, bu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, pandemiya dövrünün tələblərinə əsasən, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinə icazə verildiyi halda keçirilən şənlik mərasiminin 150 nəfərdən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu və bir masa arxasında 15 nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub.

Agentlik əməkdaşları tərəfindən Mingəçevir şəhəri, 7-ci bağ küçəsi 9A ünvanında fəaliyyət göstərən fiziki şəxs Muradov Fizuli Arif oğluna məxsus “Durna Teli” şadlıq sarayında (“icaze.e-gov.az”) portalından rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub.

Həmçinin, pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisələrin rəhbərləri inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.