Gəncədə vaqon istehsal olunacaq

media-hightechnic-468x90

68245Gəncədə ilin birinci yarısında istehsal edilmiş ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq 285,3 milyon manat təşkil edib.

Şəhər icra hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu müddət ərzində ümumi daxili məhsulun 32,4 faizi sənayenin, 0,1faizi kənd təsərrüfatının, 15,1 faizi tikinti – quraşdırma işlərinin, 12,1 faizi nəqliyyatın, 0,8 faizi informasiya və rabitə sahələrinin payına düşüb.

Dövlət başcısının dəstəyi ilə Gəncə şəhərində dəmir istehsalından tutmuş polad istehsalına, “DET.AL Alüminium” MMC-nin Gəncə Alüminium Zavodunun bazasında alunit filizinin hasilatından alüminium istehsalına qədər bütün mərhələləri əhatə edən parkların yaradılması nəzərdə tutulub və bu istiqamətdə işlər yüksək templə davam etdirilir.

Çirkli plastik su boruları və fitinqlər istehsal edən “SEMPA” QSC-nın istehsal sahəsində son tamamlama işləri görülür və yeni inzibati binanın tikintisi davam edir.

Gəncənin sənaye istehsalı müəssisələrinin sırasına biri də qoşulacaq. Şəhərdə vaqon istehsalı zavodunun inşası planlaşdırılır. Hazırda İsveçrənin “Ştadler”şirkəti ilə birgə layihə-smeta sənədləri hazırlanır. Müəssisədə istər sənaye, istər ölkə daxilində, istərsə də beynəlxalq daşımalarda istifadə olunmaq üçün ildə 50 vaqon istehsal ediləcək. Burada metro vaqonları da hazırlanacaq. Ümumiyyətlə, Gəncədə 5 zavodun tikilməsi nəzərdə tutulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600