Gəncədə VAZ-2107 BYD ilə toqquşub aşdı

media-hightechnic-468x90

Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

media-banner_tuq

Yenicag.az Unikal-a istinadən xəbər verir ki, 6 yanvar gecə saat 01:00 radələrində hərəkətdə olan VAZ-2107 markalı avtomobil BYD ilə toqquşub.

Zərbənin təsirindən VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə Vahid Zeynalov və Xəyal Atayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanadan verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05