Gəncədə zəlzələ olub?

Gəncədə 3 bala yaxın zəlzələnin qeydə alınması barədə yayılmış məlumat həqiqətə uyğun deyil.

Yenicag.az-ın xəbərinə görə, bu barədə FHN-dən bildirilib.

Nazirlikdən qeyd edib ki, bu gün axşam saat 22:15 radələrində Gəncə şəhəri istiqamətində 3 bala yaxın zəlzələnin qeydə alınması barədə yayılmış məlumat həqiqətə uyğun deyil.