Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gəncədəki son vəziyyətlə bağlı AÇIQLAMA

Ötən gecədən etibarən Gəncə şəhərində vəziyyət stabilləşib.

Bu barədə Yenicag.az-a Gəncə şəhər İcra hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, şəhərə gecə ərzində atəş açılmayıb: “Hazırda şəhərdə vəziyyət normaldır, sakitlikdir. Əhali arasında heç bir panika yoxdur, insanlar gündəlik işləri ilə məşğuldur. Şəhər ərazisində ictimai nəqliyyat da işini davam etdirir”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub.

16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Loading...

www.yenicag.az

255
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100