!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədəki son vəziyyətlə bağlı İcra hakimiyyətindən AÇIQLAMA

!Reklam – Yazi

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin 5 dəfə terror törətdiyi Gəncə şəhərində vəziyyət stabildir.

Bu barədə Yenicag.az-a Gəncə şəhər İcra hakimiyyətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, hazırda şəhərdə həyat öz axarı ilə davam edir, əhali arasında heç bir ruh düşkünlüyü yoxdur:

“Dəfələrlə erməni təcavüzünə məruz qalsa da, əhali Azərbaycan Ordusuna inanır. Əhali anlayır ki Ermənistan döyüş meydanında uduzduğu üçün mülki insanları hədəf alır, terror vasitəsilə Azərbaycana təsir etməyə cəhd edir. Amma Gəncə əhalisi daim Ali Baş Komandanın, Azərbaycan Ordusunun yanındadır. İnanırıq ki, torpaqlarımız tezliklə tam olaraq işğaldan azad olunacaq və ərazi bütövlüyümüz təmin ediləcək. Hazırda şəhər ərazisində vəziyyət tam normaldır, əhali gündəlik işləri ilə məşğuldur. Şəhər ərazisində sərnişin marşrutları da fəaliyyətini davam etdirir, evlərini tərk edib başqa ərazilərə köçən yoxdur”.

Məlumatda qeyd edilir ki, ermənilərin atdıqları raketlər nəticəsində evləri dağılan və həlak olanların ailə üzvləri diqqətdə saxlanılır, onların problemləri ilə diqqətdə saxlanılır:

“Müvəqqəti sığınacaqlarda yerləşdirilən ailələrə tez-tez baş çəkilir, problemləri ilə maraqlanılır”.

Xatırladaq ki, sentyabrın 27-dən bu günə qədər Ermənistan Gəncə şəhərini 5 dəfə raket atəşinə tutub. Azərbaycan Hərbi Hava Qüvvələrinin səyi nəticəsində ermənilərin 2 həmləsinin qarşısı alınıb.

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv