!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədəki yanğında məcburi köçkünə dəymiş ziyan ödənilib

!Reklam – Yazi

Aprelin 25-də Gəncədə sanatoriyada baş vermiş yanğın zamanı məskunlaşdığı mənzili yanan məcburi köçkünün problemi həll edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir, aprelin 25-də Gəncə şəhəri ərazisində, Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında yanğın baş verib. Nəticədə Kəlbəcər rayonundan olan məcburi köçkün Malik Hidayət oğlu Alıməmmədovun mənzili ev əşyaları ilə birlikdə yanıb. Bununla əlaqədar olaraq, sədr Rövşən Rzayevin tapşırığı əsasında Dövlət Komitəsinin əməkdaşları həmin əraziyə gedərək mövcud vəziyyətlə yerində tanış olub. M.Alıməmmədovun mənzili bərpa edilərək yanğın zamanı ailəyə məxsus əşyalara dəymiş ziyanın ödənilməsi qismən təmin olunub. Bununla bağlı Kəlbəcər rayonundan olan məcburi köçkün yanğın zamanı dəymiş ziyanın qismən aradan qaldırıldığına görə Komitəyə təşəkkür məktubu göndərib.

COP29

www.yenicag.az

1750
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv