!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncəlilərdən İlham Əliyev və Mehriban Əliyevaya MİNNƏTDARLIQ: “Bu məsələlər daim diqqətinizdədir...”

!Reklam – Yazi

Ölkənin ikinci şəhərində uzun müddət həllini gözləyən daha bir problem aradan qaldırılıb.

Yenicag.az-a Gəncə sakinlərindən daxil olan məlumata görə, şəhərdəki Şəhidlər Xiyabanı və Fəxri Xiyabanının uzun müddət aktual olan su problemi artıq həll olunub.

Məlumata əsasən, Göygöl Su İdarəsinə edilən müraciətdən sonra “Azər Aqrar Tikinti” şirkəti tələb olunan həcmdə boru göndərib, idarə isə xiyabanlara su çəkilişini təmin edib.

Gəncə sakinləri Azərbaycan Prezidentinə və Birinci Xanıma humanist siyasət və xeyriyyəçilik fəaliyyətlərinə görə, dualar edib, eyni zamanda bu nümunəvi missiyaya sədaqətlə xidmət edərək, xiyabanların su probleminin həllinə dəstək olan millət vəkili Ağalar Vəliyevə minnətdarlıqlarını bildiriblər.

Səxavət Məmməd

www.yenicag.az

718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv