“Azərbaycanda bir çox sahələrə ciddi investisiya qoyuluşuna ehtiyac var. Bunlardan birincisi kənd təsərrüfatıdır”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, ölkəyə idxalın həcmi ildən-ilə artır: “Ona görə kənd təsərrüfatına investisiya qoymaq lazımdır. Həmçinin, ölkəmizdə maşınqayırma və yüngül sənayenin inkişafına investisiya qoyulmalıdır. Yeni iş yerlərinin açılmasına çox böyük ehtiyac var. Xüsusilə gənclər iş tapmaqda ciddi problemlərlə üz-üzədirlər”./Unikal/












