Gənclər nəinki siqaret çəkir, həm də…” – Deputat
Gənclər nəinki siqaret çəkir, həm də apteklərdən çıxıb narkotik maddə alıb çəkir”.
“Yenicag.az” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Eldar İbrahimov deyib.
“Nəzarət etmək olmur. Gərək biz hamılıqla bu məsələyə nəzarət edək. Ən vacib məsələ, bu qanunun yerinə yetirilməsi üçün mexanizm olsun”, – deyə deputat bildirib.












