Gənclərin aqressivliyinin səbəbləri-Psixoloq rəyi

media-hightechnic-468x90

1370615456_aqressiyaDemək olar ki, hər gün əsəbi, aqresiyalı insanlarla qarşılaşırıq. Yaşlı insanlarda yaranan gərginliyin bir səbəbi anlamaq elə də çətin deyil. İllərin yığıldı yük özünü hər addıma özünü biruzə verir. Bəs uşaq və yeniyetmələrdə yaranan aqressivliyin səbəbi nədir?

Psixoloq Günel Məhərrəmli hesab edir ki, bütün sferalarda maarifləndirmə işləri aparılmalıdır:“Günümüzün aktualllığını internet sosial şəbəklər və s. tutursa deməli biz maariflənməni də bu istiqamətdə aparmalıyıq. Məsələn sosial roliklərin çəkilməsinə üstünlük verilməlidir. Uşaqlar və yeniyetmələrlə yanaşı onların valideynləri və onların ikinci mühiti olan bağça, məktəb, universitet müəllimləri arasında da maarifləndirici seminarlar treninqler çəkilməlidir. Təbii ki, yeniyetmə deyəndə ilk öncə zərərli vərdişlər siqaret, içki, narkomaniya və s. dair seminarlar təşkil olunmalıdır. Eyni zamanda son günlərdə aktual olan yeniyetmə intiharları ilə bağlı sosial roliklər hazırlanmalı, maarifləndirici seminarlar keçirilməli və ya yeniyetmələri psixoloji qrup terapiylarına cəlb edilməlidir.  Aqressiya dövr edən bir haldır. Ata işdə rəisi ilə əsəbləşirsə evdə anaya öz aqressiyasını bildirir. Ana öz növbəsində övladına, övladı öz növbəsində oyuncaqlarına yaxud ətrafındakı insanlara bildirir. Yəni, beləcə aqressiya dövr edir. Gənclər arasında aqressiv halların artmasına səbəb ilk öncə günlərinin demək olar ki, 10 saat bəlkə də çox vaxtını internetə sosial şəbəklərə və s həsr edirlər. Təbii ki, ordan oxuduqları məlumat gördükləri şəkillər və s. onlara mənfi təsir göstərir onlarda aqressiya yaradır”.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600